image-1backend

Rusiya separatçı Abxaziyanın maliyələşdirməsini dayandırır

image-reklam_sirab_01

Rusiya sentyabrın 1-dən separatçı Abxaziyada müəllimlər, həkimlər və təhlükəsizlik qüvvələri üçün sosial ödənişləri dayandırıb. Bundan əlavə, payız-qış enerji qıtlığı dövründə elektrik enerjisinin təchizatı kommersiya qiymətləri ilə həyata keçiriləcək. Bu barədə jurnalistlərə qondarma abxaz separatçılarının qondara “xarici işlər naziri” Sergey Şamba məlumat verib.

“Sentyabrın 1-dən bəzi ödənişlərin maliyyələşdirilməsi dayandırıldı. Bunlar həkimlərə, müəllimlərə, hüquq-mühafizə orqanlarına və başqa şeylərə aiddir. Bundan əlavə, belə bir sual var ki, bundan sonra hər qış qarşılaşdığımız elektrik enerjisi axını kommersiya qiymətləri ilə ödəniləcək”, – deyə Şamba bildirib.

O qeyd edib ki, müvafiq sənəd sentyabrın 2-də qondarma “baş nazir” Aleksandr Ankvab tərəfindən qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki