Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin bülletenindən öyrənirik.
“Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətə və sutka ərzində atəşkəs rejiminin saxlanmasına nəzarət edir.
Son sutka ərzində Rusiya sülhməramlılarının cavabdehlik zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.
Rusiya sülhməramlıları Xankəndinə 280,5 ton humanitar yardım çatdırıblar”, – məlumatda deyilir.