44 günlük müharibədən sonra,5 il müddətinə Azərbaycanın Xankəndi şəhərinə yerləşdirilən Rusiya sülhməramlıları hədlərini yenə aşıblar. Bu dəfə sülhməramlılar poliqonda atıcı silahlardan və BTR-82A standartlı silahlardan atəşlə təlimlər keçiblər.
Veteninfo.az xəbər verir ki,bu barədə jurnalistlərə Rusiya Federasiyası Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda vurğulanır ki, Tankodrom yolunda zirehli transportyorların ekipajları sürücülük normalarını işləyiblər, kobud relyefdə yüksək sürətlə maneələri dəf ediblər və standart BTR-82A silahlarından tək və qrup hədəflərə atış təlimləri həyata keçiriblər.
Məlumata görə,həmçinin Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti atıcı silahlardan atəş hazırlığı üzrə təlimlər keçirib.
Təlimlərə 10-a yaxın hərbi və xüsusi texnika cəlb olunub.
Qeyd edək ki, Rus sülhməramlıları İyirmi yeddi müşahidə məntəqəsində monitorinq aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.


























