Rusiya qoşunları Sumı vilayətində 4 kəndi ələ keçirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna hakimiyyətinin bəyanatında deyilir. Rusiya Müdafiə Nazirliyi də 4 kəndin tutulmasından yazıb.
Qeyd edək ki, son aylarda Rusiya ordusu Sumı vilayətində böyük irəliləyiş əldə edib. Aprel və mart aylarında rus ordusu bölgədə strateji əhəmiyyət kəsb edən bir sıra kəndləri ələ keçirə bildi.
Ukraynanın Teleqram kanalları Rusiya ordusunun dörd yaşayış məntəqəsini ələ keçirdikdən sonra irəliləməyə və yeni əraziləri ələ keçirməyə hazırlaşdığını bildirir.