image-1backend

Rusiya -Ukrayna müharibəsi III Dünya müharibəsinə çevrilə bilər -Türkiyə parlamentinin sədri

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə Rusiya ilə Qərb arasında sərt qarşıdurmaya çevrilə bilər. Bu baxımdan Türkiyə bu münaqişənin tezliklə həlli üçün bütün səyləri göstərir, çünki bu, dünya müharibəsinə çevrilə bilər, Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Ukrayana Ali Məclisinin  sədri Ruslan Stefançuk ilə görüşündə bildirib.

“Təəssüf ki, Rusiya ilə Ukrayna arasında bu müharibə davam edərsə, Rusiya ilə bütün Qərb dünyası arasında münaqişəyə çevrilə bilər. Çox ciddi münaqişə potensialının mövcudluğu bütün dünya üçün təhlükə olan dünya müharibəsinə gətirib çıxara bilər. Əsas məqsədimiz müharibəni dayandırmaq və Ukraynanı tez bir zamanda bərpa etməkdir”, – deyə Kurtulmuş bildirib.

Xatırladaq ki, bu günlərdə Ankarada yüksək səviyyəli Türkiyə-Ukrayna görüşləri keçirilir. Ukrayna parlamentinin sədri və müdafiə naziri Ankaradadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki