ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsi tezliklə həll olunmasa, heç vaxt bitməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə mətbuat konfransında bildirib.
“Biz bu müharibəni bitirmək üçün çox çalışırıq”. Düşünürəm ki, biz çox irəliləyiş əldə etmişik və düşünürəm ki, işlər çox sürətlə gedir… “Biz sizi tərəqqi ilə bağlı məlumatlandıracağıq. Bu, ya olduqca tez baş verəcək, ya da heç baş verməyəcək”, – Tramp deyib.
Bundan əvvəl Starmerlə Oval kabinetdə jurnalistlərlə görüşü zamanı ABŞ liderindən Rusiya prezidenti Vladimir Putinə güvənə biləcəyi sualı verilib.Keçmiş ABŞ prezidenti Ronald Reyqanın Sovet İttifaqı ilə danışıqlara dair fikirlərini təkrarlayan Tramp “Güvən və yoxla” dedi.
Trampın sözlərinə görə, yoxlamaq lazımdır, çünki nə olacağını heç vaxt bilmirsən.“Əminəm ki, biz razılaşma əldə etdikdə, o, saxlanılacaq”, – Tramp bildirib.