image-reklam-veteninfo
image-1backend

Rusiya Ukrayna şəhərlərinə genişmiqyaslı hava hücumları həyata keçirib

image-reklam-veteninfo

Rusiya Ukraynanın bir neçə şəhərinə kütləvi hava hücumları həyata keçirib. Ən çox Dnepr şəhəri vurulub. Eyni vaxtda Xarkov və Odessada hücumlar qeydə alınıb.

Vətəninfo.az xəbər verir ki, gecə yarısı Dneprə ballistik raketlərlə hücum edildi. İki nəfər həlak oldu, altı nəfər yaralandı. Ərzaq anbarlarına ziyan dəydi.

Raket zərbələri Xolodnohirsk və Novobavarsk bölgələrində qeydə alınıb.

Odessadakı hücum nəticəsində bir neçə yaşayış binasına və avtomobilə ziyan dəyib, birmərtəbəli bina isə tamamilə dağılıb.

Konotopda çoxmərtəbəli binaya ziyan dəyib, üç mərtəbə uçub, xəsarət alanlar var.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki