image-1backend

Rusiya Ukraynada 500 min  əsgərini itirib – Ankur Narayan

image-reklam_sirab_01

Böyük Britaniyanın məlumatına görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri rus qoşunlarının itkiləri 465 mini keçib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın ATƏT-dəki missiyasının diplomatı Ankur Narayan bildirib .

“2024-cü ilin yanvar-aprel aylarında Rusiyanın Ukraynada gündəlik itkiləri, qurbanların və yaralıların sayı 980 nəfər təşkil edib. Mayın hesablamalarına görə, bu rəqəm gündə 1000-dən çoxdur. Bu, ayda 30 minə yaxındır. Bu, müharibənin başlanğıcından bəri ən yüksək göstəricidir”, – britaniyalı diplomat deyir.

Böyük Britaniyanın ATƏT-dəki nümayəndəsi hesab edir ki, Rusiya üçün Ukraynada insan itkilərini minimuma endirmək üçün ən yaxşı variant müharibəni dayandırmaq olardı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki