image-reklam-veteninfo
image-1backend

Rusiya Ukraynada  əcnəbilərin təlim mərkəzini VURDU

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiyanın Ukrayna hərbçilərinin təlim akademiyalarına, kazarmalarına və ərazilərinə bir neçə dəfə zərbələr endirdiyi məlumdur.

Rusiya raket zərbəsi ilə Ukrayna Silahlı Qüvvələrinin xarici könüllülərini yerləşdirdiyi düşərgəni vurub. Bu hücum nəticəsində 21 iyulda təxminən 12 xarici könüllü həyatını itirib. Raket təlim düşərgəsinin yeməkxanasına düşüb, elə bir anda ki, hərbçilər nahar edirdilər. Bu, müharibə dövründə xarici döyüşçülərə qarşı edilən ən ölümcül hücumlardan biri oldu.

The New York Times (NYT) qəzetinin məlumatına görə, bu hadisə ilə bağlı məlumatlı hərbçilər danışıb. Onların sözlərinə görə, zərbə ABŞ, Kolumbiya, Tayvan, Danimarka və digər ölkələrdən olan yeni gələnləri hədəf alıb.

Raket zərbəsi Krivoy Roq şəhərinin yaxınlığındakı təlim düşərgəsinə endirilib. Bir çox hərbi qulluqçu, o cümlədən hücumun şahidi olan biri, bu hücumun xüsusilə güclü olduğunu bildirib.

Floridadan olan ABŞ könüllüsü, anonimlik şərti ilə, verdiyi açıqlamada, “Bu, indiyə qədər eşitdiyim ən güclü partlayış idi”, — deyə qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki