Rusiya ilk dəfə olaraq Həştərxan vilayətinin Kapustin-Yar1 poliqonundan buraxılan qitələrarası ballistik raketi Ukraynanın Dnepr şəhərini vurub, – Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.
Noyabrın 21-də səhər saatlarında Dneprə hücum zamanı Rusiya hərbçiləri ilk dəfə potensial nüvə başlığı olan “Rubej” qitələrarası ballistik raketi atıblar.
Bu barədə “Ukrayinska Pravda” (UP) xəbər verir.
“UP” mənbəsinin məlumatına görə, söhbət orta mənzilli RS-26 “Rubej” raketindən gedir.
Hücum müəssisələri və kritik infrastrukturu hədəf alıb. Atəş nəticəsində Dneprdə dağıntılar və yanğınlar baş verib. Ən azı iki nəfər yaralanıb.
Əlillər üçün reabilitasiya mərkəzinə də ziyan dəyib.
Xilasedicilər Dneprdə raket hücumlarının nəticələrini aradan qaldırırlar.
ARAYIŞ: Rusiyanın RS-26 “Rubej”‘ qitələrarası ballistik raketi ayrıca döyüş başlıqları ilə təchiz edilib. Atış məsafəsi – 9000 km-ə qədər, çəkisi – 40-50 ton.
RS-26 “Rubej” nüvə başlıqlarının çatdırılması üçün nəzərdə tutulub.