image-1backend

Rusiya Ukraynanı raketlə vurdu: 7 nəfər həlak oldu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynanın Zaporojye vilayətinin Volnyansk şəhərinə raket hücumu nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

“7 nəfər ölüb (3 kişi, 1 qadın və 3 uşaq). 9-u uşaq olmaqla 36 nəfər xəsarət alıb”, – deyə məlumatda bildirilir.

Vilayət administrasiyasının rəhbəri İvan Fedorov qeyd edib ki, gün ərzində Rusiya ordusu Zaporojya vilayətinin 13 yaşayış məntəqəsinə 381 dəfə hücum edib. Onun sözlərinə görə, 37 yaşayış binası və infrastruktur obyekti dağıdılıb. Rayonda matəm elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki