image-reklam-veteninfo
image-1backend

Rusiya Ukraynanı VURDU: Çoxsaylı ölən var

image-reklam-veteninfo

Rusiya ordusu noyabrın 20-də axşam saatlarında Ukraynanın Zaporojye şəhərinə kütləvi hücum təşkil edib. Zaporojye vilayətinin hərbi idarəsinin rəhbəri İvan Fyodorovun verdiyi məlumata görə, hücum nəticəsində 5 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Fyodorov, Telegram kanalında yazdığı açıqlamada, ən azı beş hündürmərtəbəli binanın zədələndiyini və pərakəndə satış pavilyonlarının dağıldığını bildirib.

Vətəninfo.az xəbər verir ki, ümumilikdə, Rusiya qüvvələri gün ərzində Zaporojye bölgəsinin 16 yaşayış məntəqəsinə 387 zərbə endirib. Zaporojye, Qulyaypole, Maqdalinovka, Lukyanovskoye və Ternuvatı şəhərləri hava zərbələrinə məruz qalıb. Digər ərazilərdə isə artilleriya atəşləri həyata keçirilib. Fyodorov qeyd edib ki, bu hücumlarda 90 müxtəlif fakt qeyd olunub, ziyan dəymiş obyektlər arasında yaşayış və qeyri-yaşayış binaları, nəqliyyat vasitələri və digər infrastrukturlar yer alır.

Eyni zamanda, noyabrın 19-dan 20-nə keçən gecə, Rusiya ən qanlı hava hücumlarından birini həyata keçirib. Ternopildə çoxmərtəbəli bir yaşayış binasına endirilən raket zərbəsi nəticəsində 28 nəfər həyatını itirib, 94 nəfər yaralanıb, 16 nəfər isə itkin düşüb. Ölənlər arasında 3 uşaq da var. Ukrayna Hərbi Hava Qüvvələri, binanın Kh-101 raketi ilə vurulduğunu açıqlayıb.

Həmin gecə, Rusiya pilotsuz uçan aparatları Xarkovda da kütləvi hücumlar həyata keçirib. Yaşayış binalarına edilən hücumlar nəticəsində 46 nəfər yaralanıb, arasında uşaqlar da yer alır. Bundan əvvəl isə, Xarkov vilayətinin Berestin və Balakliya şəhərlərinə edilən zərbələr nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

Daha əvvəl, noyabrın 14-də, Rusiya hərbçiləri Kiyevə qarşı birgə hava hücumu həyata keçirib. Bu hücumda 7 nəfər Kiyevdə, 6 nəfər isə Kiyev vilayətində həyatını itirib. 30-dan çox mülki şəxs yaralanıb. Hücum zamanı Kiyevin 9 rayonunda 30-dan çox yaşayış binası zədələnib.

Ukrayna prezidenti Vladimir Zelenski, Kiyevin bombardmanını şərh edərək, bunun qəsdən həyata keçirilən bir hücum olduğunu və məqsədin insanlara və mülki infrastruktura maksimum ziyan vurmaq olduğunu vurğulayıb. Zelenski, dünya birliyini yeni sanksiyalarla bu cür hücumların qarşısını almağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki