image-1backend

Rusiya Ukraynanın 128 pilotsuz uçuş aparatını vurub

image-reklam_sirab_01

Rusiya Ukraynaya məxsus 128 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ukrayna gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etməyə cəhd edib.

Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 128 PUA-nın vurulduğu qeyd edilən açıqlamada bunlardan 83-nün Krasnodar, 1-nin Bryansk, 1-nin Kursk, 30-nun ilhaq edilmiş Krım, 8-nin Azov dənizi, 5-nin isə Qara dəniz üzərində vurulduğu qeyd edilib.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev “Telegram”da verdiyi açıqlamada Ukraynanın PUA-larla mülki şəxslərə hücum etməyə cəhd etdiyini bildirərək, “Nəticədə 3 binaya ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan və ölən yoxdur” deyib.

Ukraynanın son dron hücumunun ilin əvvəlindən bəri ən intensiv hücum olduğu bildirilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 24-də paytaxt Moskva da daxil olmaqla Rusiyanın regionları üzərində 121 Ukrayna PUA-nın məhv edildiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image