image-reklam-veteninfo
image-1backend

Rusiya Ukraynanın bu şəhərlərini VURDU

image-reklam-veteninfo

Rusiya ordusu Ukraynanın Zaporojya vilayətinə növbəti dəfə kütləvi hücumlar həyata keçirib. Zərbələr nəticəsində bir qadın həlak olub, bir nəfər isə yaralanıb. Hücumlar nəticəsində yaşayış evlərinə və mülki infrastruktura ciddi ziyan dəyib.

Vətəninfo.az xəbər verir ki, Zaporojya Regional Dövlət Administrasiyasının rəhbəri İvan Fedorovun verdiyi məlumata görə, sentyabrın 8-i axşam və 9-na keçən gecə Rusiya qüvvələri Zaporojya vilayətinin 14 yaşayış məntəqəsinə ümumilikdə 474 zərbə endirib.

Vasilievski rayonunda 62 yaşlı qadın FPV tipli pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində yerindəcə həyatını itirib. Zaporojya şəhərində isə 66 yaşlı qadın yaralanıb. Yaralıya tibbi yardım göstərilir.

Fedorov əlavə edib ki, Rusiya ordusu Veselyanka, Qulyaipole, Novodanilovka və Krasnoyeyə ümumilikdə 7 hava zərbəsi endirib. Hücumlar zamanı müxtəlif modifikasiyalı 336 PUA (xüsusilə FPV) və 127 artilleriya mərmisi istifadə olunub.

Hücumlara məruz qalan yaşayış məntəqələri arasında Zaporojya, Veselyanka, Primorskoye, Plavni, Qulyaipole, Orexov, Uspenovka, Şerbaki, Novodanilovka, Novoandriyevka, Malaya Tokmaçka, Volşebnoye və Krasnoyeya da daxildir.

Hücumlar nəticəsində fərdi yaşayış evləri, mənzillər və yardımçı tikililərə ziyan dəyməsi ilə bağlı 17 rəsmi müraciət daxil olub.

Ukraynanın digər bölgələrinə də zərbələr endirilib

UNİAN agentliyinin məlumatına görə, sentyabrın 8-də Rusiya ordusu Kiyev vilayətində istilik elektrik stansiyasını hədəfə alıb. Fövqəladə Hallar üzrə Dövlət Xidməti hadisə nəticəsində ölüm və ya yaralanma qeydə alınmadığını açıqlayıb.

Partlayış dalğası həmçinin Obuxovski rayonundakı ticarət mərkəzinə və fitnes klubuna da ziyan vurub.

Sentyabrın 7-də Kiyevdə baş verən digər hücum nəticəsində biri uşaq olmaqla üç nəfər həlak olub. Rusiya atəşi zamanı ana və onun üç aylıq körpəsi həyatını itirib, ata isə ağır yaralanıb.

Bundan başqa, Rusiya ordusu ilk dəfə olaraq Nazirlər Kabinetinin binasına da zərbələr endirib. Ukraynanın Baş naziri Yuliya Svırıdenko bu hücumu “dəhşətli dağıntı” kimi dəyərləndirib və bildirib ki, “dağıntılar bərpa olunacaq, lakin insan həyatı geri qaytarılmayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki