image-1backend

Rusiya Ukraynanın iki yaşayış məntəqəsini daha nəzarətə götürüb

image-reklam_sirab_01

Rusiya ordusu biri Luqansk, digəri isə Donetsk vilayətində olmaqla iki yaşayış məntəqəsini nəzarətə götürüb.

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Rusiya hərbi birləşmələrinin Ukraynada həyata keçirdiyi əməliyyatla bağlı məlumat verilib.

Bəyanatda bildirilir ki, Rusiya ordusu cəbhədə irəliləməyə davam edir.

“Rusiya qoşunlarının keçirdiyi əməliyyatlar nəticəsində Luqansk Xalq Respublikasının Nevskoye və Donetsk Xalq Respublikasının Krasnı Yar yaşayış məntəqələri azad edilib. Müharibənin əvvəlindən etibarən Ukraynaya məxsus 646 təyyarə, 283 helikopter, 33 704 pilotsuz uçuş aparatı (PUA), 582 hava hücumundan müdafiə sistemi, 18 632 tank və zirehli texnika, 1472 reaktiv yayılım atəşi sistemi, 16 246 haubitsa və minaatan və 27 295 xüsusi hərbi texnika məhv edilib”,-deyə bəyanatda vurğulanıb.

Rusiya Müdafiə Nazirliyinin oktyabrın 14-də yaydığı bəyanatda Rusiya ordusunun Zaporojya vilayətinin Levadnoye yaşayış məntəqəsini azad etdiyi bildirilmişdi.

Rusiya prezidenti Vladimir Putinin 2022-ci il sentyabrın 30-da imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qeyri-qanuni şəkildə ilhaq edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki