image-1backend

Rusiya:”Ukraynanın NATO-ya üzv olmasına icazə verməyəcəyik”

image-reklam_sirab_01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-ya üzv olmasının qəbuledilməz olduğunu ifadə edərək “Biz buna icazə verməyəcəyik” deyib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Sergey Lavrov Rusiyaya səfər edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto ilə görüşüb. Görüşdə Rusiya ilə Macarıstan arasındakı əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Sergey Lavrov Macarıstan administrasiyasının öz maraqlarına uyğun müstəqil siyasət yürütdüyünü vurğulayıb. Ukrayna böhranına toxunan Sergey Lavrov bu böhranın həlli üçün əsas səbəblərin aradan qaldırılmasının lazım olduğunu qeyd edərək deyib:”Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləyərək Ukraynanı özünə çəkməyə çalışmasıdır. Bu, Rusiya sərhədlərində hərbi təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmasının qəbuledilməz olduğunu söylədi”.

Ukraynadakı münaqişələrin dondurulmasının mümkünlüyü ilə bağlı Lavrov deyib: “Bu, sülhə aparan yol deyil”.

Rusiya ilə Ukrayna arasında danışıqların yenidən başlaması ehtimalını qiymətləndirən Sergey Lavrov “Ölkəmizin qanuni maraqlarının hərtərəfli nəzərə alınması istiqamətində Ukrayna ilə danışıqlara hazırıq” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image