image-reklam-veteninfo
image-1backend

Rusiya Ukraynaya kütləvi raket hücumu edir: Polşada hava həyəcanı elan olundu

image-reklam-veteninfo

Ukraynaya qarşı genişmiqyaslı raket hücumu fonunda Polşada da mümkün hava təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib. Ölkənin hava məkanının naməlum uçan obyektlər tərəfindən pozulması ehtimalı araşdırılır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, noyabrın 20-də Rusiya Silahlı Qüvvələri Ukraynaya kütləvi raket hücumu həyata keçirib. Ukrayna KİV-lərinin yaydığı ilkin məlumatlarda Kiyevə ballistik raketlərlə zərbələr endirildiyi, Lvov istiqamətində isə qanadlı raketlərdən istifadə olunduğu bildirilir.

Ukrayna monitorinq resurslarının məlumatına əsasən, hücum zamanı ölkənin hava məkanında təxminən 50 raket qeydə alınıb. Həmçinin raketlərdən birinin Ukrayna sərhədini keçərək Polşanın hava məkanına daxil olduğu iddia edilib. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Polşanın şərqində yerləşən Lublin şəhərində hava hücumu sirenlərinin səsləndiyi də bildirilir.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı isə ölkənin hava məkanının naməlum uçan obyektlər tərəfindən pozulması ehtimalı ilə əlaqədar Hökumət Təhlükəsizlik Mərkəzinə mümkün hava təhlükəsi barədə məlumat göndərildiyini açıqlayıb.

Komandanlığın bildirdiyinə görə, radar sistemlərindən əldə edilən məlumatlar yoxlanılır. Zərurət yaranacağı təqdirdə potensial təhlükənin qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək.

Hadisə ilə bağlı araşdırmalar davam edir. Polşa hava məkanına daxil olduğu iddia edilən raket barədə hələlik rəsmi təsdiq yoxdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki