image-reklam-veteninfo
image-1backend

Rusiya və ABŞ arasında danışıqlar başlayır

image-reklam-veteninfo

ABŞ Dövlət Katibi Marko Rubio, sentyabrın 24-də Nyu-Yorkda Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla görüşəcək.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Dövlət Departamentinin cədvəlində məlumat verilib.

Lavrov, BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək və sentyabrın 23-də Nyu-Yorka yola düşüb.

Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov TASS-a müsahibəsində bildirib ki, Rusiya nümayəndə heyəti BRİKS, G20, KTMT və BMT Nizamnaməsinin Dostları Qrupu ilə bağlı bir sıra nazirlər səviyyəsində tədbirlər planlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki