image-1backend

Rusiya və ABŞ arasında növbəti təmaslar XİN ekspertləri səviyyəsində baş tutacaq- Peskov

image-reklam_sirab_01

Növbəti Rusiya-Amerika təmasları ekspertlər səviyyəsində, Xarici İşlər Nazirlikləri vasitəsilə baş tutacaq. Vətəninfo.az xəbər verir ki , bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 25-də Ər-Riyadda keçirilməsi nəzərdə tutulan görüşlə bağlı Qərb mətbuatında yayılan məlumata istinadən bildirib.

Peskov məsələni Rusiya Xarici İşlər Nazirliyinə çatdırıb.

“Bunlar xarici işlər nazirlikləri arasında təmaslardır, ekspertlər səviyyəsində təmaslardır, ona görə də həmin görüşlə bağlı məlumat almaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı məsləhət görürəm”, – deyə o bildirib.

Peskovun sözlərinə görə, bu danışıqlar zamanı dialoqun tənzimlənməsi tədbirləri müzakirə olunacaq. O, ilk növbədə, diplomatik qurumların işinin qarşılıqlı əsasda tənzimlənməsi tədbirlərinin “həmin danışıqlarda, ekspertlər səviyyəsində müzakirə ediləcəyinə” də aydınlıq gətirib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərdəki problemli amillərlə bağlı danışıqların bu həftənin sonunda keçiriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, görüş xarici işlər nazirliklərinin departament rəhbərləri səviyyəsində baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image