image-3333backend

Rusiya və ABŞ silahlı qarşıdurma ərəfəsindədir – Ryabkov

image-reklam_sirab_01

Rusiya ilə ABŞ arasında münasibətlər silahlı münaqişə astanasındadır, lakin Moskva bunun baş verməməsi üçün çalışır. Vətəninfo.az xəbər verir ki, bu barədə cümə axşamı, mayın 4-də xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“Biz çalışırıq ki, ABŞ-la münasibətlər uçuruma düşməsin, çünki onlar artıq uçurumun kənarındadırlar”, – Rusiya KİV-i Ryabkovun sözlərini sitat gətirib.

Ryabkov əlavə edib ki, Rusiya bütün vasitələrdən istifadə etməyə hazırdır ki, heç kimin ölkənin təhlükəsizliyinə müdaxilə etməsinə icazə verilməsin.

Onun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında təmaslar lazım gəldikdə, o cümlədən yüksək səviyyədə həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki