Rusiya və ABŞ Ukraynada mümkün qədər tez sülhə nail olmaq istəyirlər, Moskvaya görə isə Ukrayna prezidenti Vladimir Zelenski buna mane olur.
Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Dövlət Teleradio Şirkətinin jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.
“ABŞ-ın hazırkı prezidenti bəyan edib ki, o, sülhə nail olmaq istəyir. Yeri gəlmişkən, biz də bunu edirik və mümkün qədər tez. Və Ukraynanın hazırkı rəhbəri bu məqsədə çatmaq yolunda əngəl törədir”, – Putin bildirib.
Rusiya prezidenti ABŞ prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsi ilə bağlı çağırışlarını belə şərh edib. Putin təkid edib ki, danışıqlara başlamaq üçün Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyəti ləğv etməli, sonra seçkilər keçirilməlidir. Rusiya prezidentinin sözlərinə görə, seçki olacağı təqdirdə Ukrayna prezidentinin yenidən seçilmək şansı yoxdur.Bu yaxınlarda Zelenski Ukraynada sülh naminə və ölkənin NATO-ya üzvlüyü naminə prezidentlikdən istefa verməyə razılaşacağını açıqlamışdı.