Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək görüşdə Ermənistan və Azərbaycan ərazilərini birləşdirən nəqliyyat marşrutu olan Zəngəzur dəhlizinə nəzarət məsələsini müzakirə edə bilərlər. Vətəninfo.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
Avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla üçtərəfli görüşün nəticəsi olaraq Azərbaycan prezidenti İlham Əliyev və Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma və iki Zaqafqaziya respublikası arasında nəqliyyat dəhlizinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Nəqliyyat dəhlizi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanacaq. Ermənistan ABŞ-a dəhlizi idarə etmək hüququnu 99 il müddətinə verib.
“Rusiya Federasiyası və ABŞ prezidentlərinin ikitərəfli görüşü zamanı Zəngəzur dəhlizinə nəzarət məsələsi də müzakirə olunacaq”, – agentliyin mənbəsi bildirib.