image-reklam-veteninfo
image-1795081131_rj6ogocj_largebackend

Rusiya və Çin birgə silah istehsalına başlaya bilər

image-reklam-veteninfo

Rusiya və Çin hərbi-texniki əməkdaşlığı genişləndirərək birgə silah sistemlərinin hazırlanması və istehsalına keçə bilərlər.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev açıqlama verib.
Onun sözlərinə görə, Moskva ilə Pekin arasında hərbi-texniki münasibətlər artıq ənənəvi silah ticarəti çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Şuqayev vurğulayıb ki, Çin Rusiya üçün sadəcə hərbi məhsulların alıcısı deyil, həm də tamhüquqlu tərəfdaşdır. O, iki ölkənin gələcəkdə birgə silah layihələri və yeni hərbi texnologiyaların hazırlanması istiqamətində əməkdaşlıq edə biləcəyini istisna etməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki