image-1backend

Rusiya və Çin yeni qaz kəməri çəkir

image-reklam_sirab_01

Rusiya Federasiyası yaxın vaxtlarda Monqolustan ərazisindən Çinə “Sibirin Gücü 2” qaz kəmərinin tikintisinə dair saziş imzalamağı gözləyir.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə TASS Rusiya baş nazirinin müavini Aleksandr Novakın “Rossiya 1” telekanalının efirində deyib.

“Biz həmçinin baxışı başa çatdırmağı və Monqolustan ərazisindən 50 milyard kubmetrlik qaz kəmərinin tikintisinə yönəlmiş müqavilə imzalamağı planlaşdırırıq. Başqa yeni layihələr də var”, – Novak bildirib.

“Sibirin Gücü 2” Qərbi Sibirdən Çinə keçəcək planlaşdırılmış qaz kəməridir. Onun maksimal gücü ildə 50 milyard kubmetr olacaq. Bunun üçün xammal Yamal yarımadasının, Yamalo-Nenets Muxtar Dairəsinin Nadim-Pur-Taz bölgəsinin resursları olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki