image-reklam-veteninfo
image-1backend

 Rusiya və Gürcüstan arasında birbaşa dialoq bərpa olunur

image-reklam-veteninfo

Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa əlaqələri bərpa ediblər.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə əlaqə yaradıb. Onun rusiyalı həmkarı, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Zurabaşvili ilə təmas qurub.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Moskva Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlıdır.

Tərəflərin diqqət mərkəzində ticarət, turizm, nəqliyyat əlaqələri və mədəni mübadilənin genişləndirilməsi dayanacaq. Bildirilib ki, bu istiqamətlərdə artıq müəyyən işlər görülür. Xüsusilə, kənd təsərrüfatı qurumlarının nümayəndələri iki ölkə arasında kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün asanlaşdırılması istiqamətində çalışırlar.

Qeyd edək ki, oktyabrın sonunda Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndə təyin edib. Bu vəzifə ölkənin xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşviliyə həvalə olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki