image-reklam-veteninfo
image-1backend

Rusiya və Hindistan birlikdə mülki sərnişin təyyarələri istehsal edəcək

image-reklam-veteninfo

Moskva və Yeni Dehli SJ-100 tipli mülki sərnişin təyyarələrinin birgə istehsalı barədə razılığa gəliblər. Layihənin istehsal mərhələsi Hindistanda həyata keçiriləcək.

Razılaşma Rusiya Birləşmiş Təyyarə Korporasiyası ilə Hindistanın dövlətə məxsus Hindustan Aeronautics Limited (HAL) şirkəti arasında imzalanan memorandum əsasında reallaşacaq. Razılaşmaya görə, istehsal ediləcək təyyarələr əsasən yerli bazara — Hindistan müştərilərinə satılacaq.

Mütəxəssislər bildirirlər ki, bu, Hindistanda mülki sərnişin təyyarələrinin tam miqyaslı istehsalının ilk nümunəsi olacaq. Qeyd edək ki, ölkədə sonuncu belə layihə 1988-ci ildə həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki