Moskva və Vaşinqton arasında əsir mübadiləsi çərçivəsində Rusiyada casusluqda təqsirli bilinən keçmiş ABŞ dəniz piyadası Pol Uilan və Wall Street Journal-ın müxbiri Evan Qerşkoviç Rusiyanı tərk edirlər.
Copied:
Vətəninfo.az xəbər verir ki , bu barədə Bloomberg agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.Bloomberg-in məlumatına görə, dövlətə xəyanətdə təqsirli bilinən ictimai spiker Vladimir Kara-Murza da dəyişdirilən məhbuslar siyahısındadır. Bundan əvvəl CBS News xəbər vermişdi ki, Gerşkoviç və Uilandan başqa, rus əsilli amerikalı radio jurnalist Alsu Kurmaşeva da ABŞ-a qaytarılacaq. Razılaşma çərçivəsində Rusiyada həbsdə olan ən azı 12 siyasi məhbus Almaniyaya qaytarılacaq. 8 rus Rusiyaya qayıdacaq, onlardan biri də Çeçenistan Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətlinə görə Almaniyada ömürlük həbs cəzasına məhkum edilmiş Vadim Krasikovdur. Ümumilikdə 24 nəfər dəyişdiriləcək.“İzvestiya” nəşrinin məlumatına görə, əsirlərin mübadiləsi beş ölkə: ABŞ, Rusiya, Belarus, Almaniya və Sloveniya arasında aparılacaq. Sloveniyanın casusluqda təqsirli bilinən Artyom və Anna Dultsevləri Rusiya Federasiyasına qaytaracağı gözlənilir. Qeyd olunur ki, mübadilədə casusluqda təqsirli bilinən, Belarusda ölüm cəzasına məhkum edilmiş və prezident Aleksandr Lukaşenko tərəfindən əfv olunan alman Riko Kriqer də iştirak edə bilər. Telegram kanalımız


























