Vətəninfo.az xəbər verir ki, Rusiya və Ukrayna humanitar razılaşmaya əsasən, ölən əsgərlərin cəsədlərini dəyişdiriblər. Mübadilə beynəlxalq prosedurlara uyğun olaraq baş tutub.
RBC-nin məlumatına görə, Rusiya Dövlət Dumasının deputatı Şəmsayıl Saraliev meyitlərin dəyişdirilməsi ilə bağlı xəbərin doğruluğunu təsdiqləyib. 49 əsgərin cəsədi Rusiya tərəfinə qaytarılıb.
Ukrayna tərəfi 757 əsgərin meyitini qəbul edib. Mübadilə bir neçə istiqamətdə aparılıb. Donetsk istiqamətində 451, Luqansk istiqamətində 13, Zaporojya istiqamətində 137, Baxmut və Uqledar istiqamətində müvafiq olaraq 71 və 51 cəsəd qaytarılıb. Daha 34 meyit Rusiya ərazisindəki morqlardan dəyişdirilib.