image-reklam-veteninfo
image-1backend

Rusiya və Ukrayna PUA savaşına başladı- yaralananlar var

image-reklam-veteninfo

Rusiya və Ukrayna silahlı qüvvələri gecə ərzində bir-birinin ərazisinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hər iki tərəfdən yaralılar var. 

Vətəninfo.az xəbər verir ki , Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın 93 pilotsuz uçan aparatını ələ keçirib, onların əksəriyyəti – 87-si Kursk vilayətinin səmasında.

Daha dörd pilotsuz təyyarə Rostov vilayətinin səmasında, ikisi isə Belqorod vilayətində vurulub. Hərbi idarə itkilər və dağıntılar barədə məlumat vermir.

Bundan əvvəl Rostov vilayətinin hakimiyyət orqanları Taqanroq şəhərinin pilotsuz təyyarələrin hücumuna məruz qalması barədə məlumat vermişdilər. İki çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. İlkin məlumata görə, 2 nəfər xəsarət alıb, ölən və xəsarət alan olmayıb.

Öz növbəsində, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Xarkovun gecə saatlarında Rusiya qüvvələrinin iri pilotsuz təyyarə hücumuna məruz qaldığını bildirib. İki mülki müəssisə vurulub, yanğınlar başlayıb. 3-ü uşaq olmaqla 8 nəfər xəsarət alıb. Yaxınlıqdakı yaşayış binalarına da ziyan dəyib. 

İdarənin məlumatına görə, hücumun nəticələrinin aradan qaldırılması hələ də davam edir. 

Aprelin 1-də isə Rusiyanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki