Aprelin 24-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 12, yaralıların sayı isə 90-a çatana qədər Rusiya və Ukrayna bir-birinin ərazisinə zərbələr endirməkdə davam edib.
Vətəninfo.az xəbər verir ki , Rusiya Müdafiə Nazirliyi aprelin 25-də səhər saatlarında Ukraynanın 79 pilotsuz təyyarəsini vurduğunu açıqlayıb. Pilotsuz təyyarələrin böyük əksəriyyəti, yəni 70-i Krım yaxınlığında, qalanları isə İvanovo, Belqorod, Kursk və Nijni Novqorod vilayətlərində vurulub.BBC Rus xidmətinin məlumatına görə, Ukrayna pilotsuz təyyarələri İvanovo vilayətinin Şuya şəhərindəki hədəflərə hücum edib. Nijni Novqorod hava limanı ötən gecə olduğu kimi müvəqqəti olaraq bağlanıb.Ukrayna tərəfi həmçinin Rusiya qüvvələrinin Xarkovu vurduğunu, şəhərdə yanğınların başladığını, bir neçə fərdi evə ziyan dəydiyini bildirib.Ukraynanın monitorinq kanalları Çerkassı, Çerniqov, Sumı, Kiyev və Jitomir vilayətlərində üçə yaxın dron hücumu, eləcə də Krımda partlayışlar barədə məlumat verib. Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ilkin məlumatlara görə, Rusiya qüvvələri Kiyevi vurarkən “Şimali Koreya istehsalı ballistik raketdən” istifadə edib və hazırda xüsusi xidmət orqanları “bütün detalları yoxlayır”.