Rusiya Mərkəzi Bankı öz maliyyə bazarlarındakı dalğalanmaları azaltmaq üçün 2023-cü ilin sonuna qədər daxili bazarda xarici valyuta alışını dayandırmaq qərarına gəldi.
Vətəninfo.az xəbər verir ki, bankdan verilən yazılı açıqlamada bildirilib: “Mərkəzi bank büdcə qaydalarına uyğun olaraq avqustun 10-dan ilin sonuna kimi daxili bazarda valyuta alışını dayandıracaq.
Qərar maliyyə bazarlarındakı dalğalanmaları azaltmaq üçün verilib. Vəziyyətdən asılı olaraq valyuta alışları bərpa oluna biləcək”.
Qeyd edək ki, dollar/rubl qarşılığı 2023-cü ilin 9 avqust tarixində 2022-ci ilin martından bəri ilk dəfə 98 səviyyəsini keçib.
Rusiyanın büdcə qaydalarına əsasən, neft və təbii qaz gəlirləri azalan zaman Milli Rifah Fondundan valyuta satılır, gəlirlər artdıqda isə valyuta alınır.