Ötən gecə Ukrayna yenidən Rusiyanın Şahed kamikadze pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, ruslar şəhərin Novobavarski rayonunda mülki müəssisəyə pilotsuz uçan aparatla zərbələr endiriblər.
Atışma nəticəsində yanğın baş verib.
Bir qadın və bir uşağın xəsarət aldığı bildirilir.