Vətəninfo.az xəbər verir ki , Ukraynanın Xarkov vilayətinin hakimiyyət orqanları və ölkənin Daxili İşlər Nazirliyi gecə saatlarında baş verən atışmalarla bağlı məlumat yayıb .
“Xarkov. Gecə saatlarında açılan atəş nəticəsində 5 nəfər yaralanıb. Düşmən şəhərə pilotsuz təyyarələrlə hücum edib və yaşayış binalarına, həyətyanı binalara və nəqliyyat vasitələrinə ziyan vurub”, – Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequrov daha əvvəl bildirmişdi ki, Xarkov gecə boyu bombardman edilib, 4 yerdə PUA-nın qalıqları aşkarlanıb.
Xarkov meri bildirib ki, zərbə nəqliyyat infrastrukturu obyektinə endirilib.
Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiya qüvvələrinin gecə saatlarında havaya qaldırdığı 29 PUA-nın 28-nin vurulduğunu bildirib. Məlumata görə, Odessa, Nikolayev, Dnepropetrovsk, Xarkov, Çerkassı və Kirovoqrad vilayətlərinə hücum edilib.