image-zaxarova-696x434backend

Rusiya XİN: “ İranın  Zəngəzur dəhlizi ilə bağlı narahatlığını bilirik”

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın Zəngəzur dəhlizi ilə bağlı yanaşmasını şərh edərkən bildirib ki, Moskva İran hökumətinin bu barədə narahatlığından xəbərdardır.
“İran tərəfinin bu cür yanaşmasının səbəblərini müəyyən etmək üçün birbaşa Tehrana müraciət etmək lazımdır. Moskvanın İrəvanla Bakı arasında kommunikasiya yollarının açılması ilə bağlı mövqeyi kifayət qədər aydındır”, – deyə, Zaxarova əlavə edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, müvafiq razılaşma tərəflərin qarşılıqlı razılığı əsasında və tərəflər üçün məqbul şərtlərlə elə bir şəkildə həyata keçiriləcək ki, bu, həm #Azərbaycanın, həm Ermənistanın, həm də bölgənin qonşu ölkələri – Rusiya, İran və Türkiyənin maraqlarına cavab versin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki