image-4backend

Rusiya XİN : Krım Rusiyanın bir hissəsidir

image-reklam_sirab_01

“Krım Rusiyanın bir hissəsidir.” –Vətəninfo.az xəbər verir ki,  bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bəyanatını şərh edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Biz bu cür təhdidlərin həyata keçirilməsinin qarşısını almaq üçün bir yol tapacağıq. Rusiya Federasiyasının ərazi bütövlüyü, eləcə də təhlükəsizliyi etibarlı şəkildə təmin ediləcək”, – Ryabkov bildirib.

Sallivan bəyan etmişdi ki, ABŞ Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün Qərb silahlarından istifadə etməsinə icazə vermir, lakin Krımı Rusiya ərazisi hesab etmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki