image-1backend

Rusiya XİN NATO ilə bağlı bəyanat yaydı

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyinin informasiya departamentinin direktor müavini Andrey Nastasin NATO-nun ölkəsinin sərhədlərindəki hərbi mövcudluğunu gücləndirdiyini və buna cavab verəcəklərini söyləyib.
Vətəninfo.az xəbər verir ki, Andrey Nastasin gündəmdəki aktual məsələlərlə bağlı mətbuat konfransı keçirib.
NATO-nun Rusiya sərhədlərində hərbi mövcudluğunu gücləndirdiyini ifadə edən Andrey Nastasin deyib: “Rusiya bunu cavabsız qoymayacaq. Bu, Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edir”.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 9-11-də keçiriləcək NATO sammitinə dəvət edilməsinə də münasibət bildirən Andrey Nastasin deyib: “Bu, amerikalıların öz dağıdıcı təsirlərini dünyanın hər bir bölgəsinə yaymaq cəhdlərinin bir nümunəsidir. Rəsmi Vaşinqton zəif iradəyə sahib avropalı müttəfiqlərinin razılığı ilə dost və qonşu ölkələri Rusiyadan uzaqlaşdırmağa çalışır. NATO üzvləri regional məsələlərdə öz mövqelərini inkişaf etdirmək üçün səylər göstərirlər”.
Andrey Nastasin ABŞ və onun avropalı müttəfiqlərinin Ukraynadakı vəziyyətdən məmnun olmadığını və buna görə də Rusiyayla qonşu ölkələrdə xaos mühiti yaratmağa çalışdığını söyləyib.
“Onlar Ermənistanı silahla təmin edir, bu ölkənin müdafiə sahəsini bərpa etməyə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təhlükəsizlik mexanizmlərini sarsıtmağa çalışırlar. Eyni zamanda, Bakıya təsir göstərməyə çalışırlar. Bu, Azərbaycan və Ermənistan arasındakı gərginliyi artırır və iki ölkə arasındakı dialoqa mənfi təsir göstərir”,-deyə Andrey Nastasin qeyd edib.
Andrey Nastasyin bu yanaşmanın Cənubi Qafqaz regionunu parçalamağa yönəldiyini və dağıdıcı nəticələrə səbəb ola biləcəyini ifadə edərək Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin region ölkələri tərəfindən təmin edilməsinin vacibliyini vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi həmçinin Litva, Latviya və Estoniyanın Cənubi Qafqaza qarşı dağıdıcı yanaşma nümayiş etdirdiyini deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki