image-reklam-veteninfo
image-1backend

Rusiya XİN rəsmisi: Kiyev ABŞ-Rusiya görüşünü kölgədə qoymaq üçün Belqorodu vurur

image-reklam-veteninfo

Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan edib ki, Ukraynanın Belqorod və Rostov-na-Donu şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumları ABŞ və Rusiya liderlərinin Alyaskadakı görüşü ərəfəsində mənfi fon yaratmağa yönəlib.

Vətəninfo.az xəbər verir ki, Miroşnik bu barədə öz Telegram kanalında açıqlama verib:

“Ukrayna PUA-larının Belqorod və Rostov-na-Donuya kütləvi hücumları — bu, Kiyev rejiminin isterik təxribatlarıdır. Məqsəd, Alyaskada keçiriləcək danışıqlara mənfi informasiya fonu yaratmaqdır. Kiyev bu məqsədlə qadağan olunmuş müharibə vasitələrindən və metodlarından istifadə etməyə hazırdır”.

“Kiyev razılaşmalardan panikaya düşüb”

Rusiyalı diplomatın sözlərinə görə, Ukrayna hakimiyyəti Putin və Tramp arasında mümkün razılaşmalardan ciddi narahatlıq keçirir.

“Bu, Kiyev rejiminin panik vəziyyətdə atdığı addımlardır. Onlar çox yaxşı başa düşürlər ki, münaqişənin tənzimlənməsi onların siyasi sonu deməkdir. Ukrayna xalqının taleyi isə bu rejimi heç vaxt maraqlandırmayıb”, – deyə Miroşnik vurğulayıb.

“Cəzasızlıq olmayacaq”

Miroşnik əlavə edib ki, Ukraynanın bu cür hücumları rejimin əsl mahiyyətini ortaya qoyur:

“Kiyev rejimi üçün mülki əhalini hədəfə almaq adi hal alıb. Ancaq bu cür əməllər ya hərbi, ya da hüquqi yolla cavablandırılacaq. Başqa seçim olmayacaq”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın bu həftənin sonu Alyaskada görüşü planlaşdırılır. Görüşdə əsas müzakirə mövzusu Ukr


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki