image-88backend

Rusiya  yangınların əsirinə çevrilib – Ölənlər var 

image-reklam_sirab_01

Rusiyanın Kurqan vilayətində bir sıra yaşayış, bağ evləri və qəsəbələrdə kütləvi yanğınlar baş verib, nəticədə ilkin məlumatlara görə, vətəndaşlara və sahibkarlıq subyektlərinə xeyli maddi ziyan dəyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Komitəsinin Kurqan vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

Yanğın nəticəsində 3 nəfər həlak olub, hazırda qurbanların dəqiq sayı müəyyənləşdirilir. Faktla bağlı istintaq orqanları tərəfindən cinayət işi başlanıb.

“İstintaqın məlumatlarına görə, yanğının yayılması yanğın təhlükəsi dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görməmiş məsul vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində mümkün olub.

Hazırda ixtisaslaşdırılmış bölmələrin əməkdaşları yanğının lokallaşdırılması və nəzarət altına alınması üçün bütün mümkün tədbirləri görürlər”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki