Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərində hərbi və ikili təyinatlı yüklərin saxlanılması üçün istifadə edilən logistika mərkəzinə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, əməliyyat zamanı pilotsuz uçuş aparatlarından (PUA), raket silahlarından və aviasiya vasitələrindən istifadə olunub.
Məlumatda bildirilir ki, Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin təchizatında istifadə edilən logistika mərkəzlərini, liman infrastrukturu obyektlərini və dəniz gəmilərini də hədəfə alıb.
Rusiya Müdafiə Nazirliyi, həmçinin dəniz yolu ilə Ukrayna hərbçiləri üçün təchizat daşıdığı iddia edilən yük gəmisinin vurulduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Müharibə indiyədək davam edir. Tərəflər qarşılıqlı olaraq hərbi və strateji obyektlərə zərbələr endirməkdə davam edirlər.


























