Ukrayna mətbuatı xəbər verir ki, bu gecə Ukrayna prezidenti Vladimir Zelenskinin doğulduğu Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən “Avrora” oteli Rusiya tərəfindən atəşə tutulub.
Otelin dolu olduğu, lakin orada hərbçilərin olmadığı bildirilir.
Krivoy Roqun atəşə tutulduğunu şəhərin müdafiə rəisi Aleksandr Vilkul təsdiqləyib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən gün Rusiya Ukraynanın bir sıra bölgələri istiqamətində irimiqyaslı hücum həyata keçirib. Zelenski bunu rusların ən böyük hava hücumlarından biri adlandırıb.