image-1backend

Rusiyada 3D printerlə çap edilən dünyanın ən hündür binalarından biri tikiləcək

image-reklam_sirab_01

Rusiyada 3D printer ilə çap edilən binanın ilk layihəsi dövlət ekspertizasından keçib və tikintiyə icazə alıb. Vətəninfo.az xəbər verir ki, bu barədə   “Новый Взгляд” yazıb.

Binada çoxfunksiyalı Mellya sosial-mədəni mərkəzi yerləşəcək. Tikinti Tatarıstan Respublikasının Malbaquş kəndində planlaşdırılır.

“Dövlət ekspertizası binanın təhlükəsizlik və etibarlılığın yüksək tikinti standartlarına cavab verəcəyini təsdiqləyib”, – “Tatneft”in tikinti təşkilatçıları bildiriblər. O da qeyd edilir ki, Rusiyada bu texnologiya ilə artıq 80-ə yaxın bina tikilib, lakin “Мелля” təkcə bu layihələr arasında deyil, bütün dünyada ən hündür bina olacaq.

Binanın hündürlüyü 9,8 metr olacaq. Binada konsertlərin, görüşlərin, sərgilərin, filmlərin nümayişi və digər mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, binaya artıq kitabxana, kompakt idman zalı, feldşer-mama məntəqəsi, poçt şöbəsi və kənd binası daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki