Rusiyada 670 min qeyri-qanuni mühacir var – Son gün aprelin 30-dur
Rusiyada qeyri-qanuni yaşayan 670 min insan var ki, onların təxminən yarısı qadınlar və uşaqlardır. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Onların 2025-ci il aprelin 30-dək hüquqi statusu ilə bağlı məsələnin həlli üçün aidiyyəti idarə və daxili işlər orqanlarına müraciət etmək hüququ var”, – nəşrdə qeyd olunur.
Əgər hüquqi status tənzimlənə bilməsə, xarici vətəndaşlar Rusiyanı tərk etməyə məcbur olacaqlar, deyə Qorovoy yekunlaşdırıb.
Bundan əvvəl Rusiya Təhsil Nazirliyi xarici ölkə vətəndaşlarının övladlarının rus məktəblərinə qəbulu ilə bağlı sənədlərin yeni siyahısını təklif etmişdi. Sənədə əsasən, indi təhsil müəssisəsinə qəbul olmaq üçün təkcə uşağın deyil, həm də onun qanuni nümayəndələrinin Rusiyada yaşamaq hüququnu təsdiqləmək lazımdır.