image-reklam-veteninfo
image-1backend

Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs olunub

image-reklam-veteninfo

Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun nümayəndəsi, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs olunub.

Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı oğurlamağa cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah şəhadətnaməsini təqdim ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin, sərvətləri mənimsəmək üçün məhkəməyə təqdim etdiyi sənəd saxta olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki