Rusiyada ilk sürücüsüz tramvay paytaxt Moskvanın küçələri ilə heç bir yol hərəkəti qaydasını pozmadan artıq 1800 km-dən çox qət edib. Vətəninfo.az-in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə , bu barədə Moskva merinin nəqliyyat məsələləri üzrə müavini Maksim Liksutov məlumat verib.
“Bütün istismar müddəti ərzində sürücüsüz tramvay artıq 1800 km-dən çox yol qət edib, yol hərəkəti qaydalarının pozulması halı qeydə alınmayıb”, – Liksutov Birinci Kanalın efirində bildirib.
Merin müavini xatırladıb ki, 2030-cu ilə qədər Moskvada tramvay marşrutlarının yarıdan çoxunun sürücüsüz olması planı var.
“Biz hesab edirik ki, 5-10 il əvvəl bütün şəhər nəqliyyat sistemlərini sürücüsüz rejimdə işləməyə uyğunlaşdırmaq lazım gələcək dövrdür”, – Liksutov bildirib.
Avqustun 30-da Moskva meri Sergey Sobyanin elan etdi ki, Rusiyada ilk sürücüsüz tramvayın sınaqlarının birinci mərhələsi Moskvada uğurla başa çatıb və tramvayın sərnişinlərlə hərəkət edəcəyi ikinci mərhələyə başlanılıb.
İndi sürücüsüz tramvay marşrut boyu həm sərnişinli, həm də sərnişinsiz hərəkət edir. Təhlükəsizlik baxımından sürücü kabinədədir.
“Biz gələn ilin sonuna kimi yekun üçüncü mərhələyə başlamağı planlaşdırırıq”, – deyə Moskva meri izah edib.