image-reklam-veteninfo
image-1backend

Rusiyada daha bir narahat gecə: 61 Ukrayna PUA-sı məhv edilib

image-reklam-veteninfo

Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukraynaya məxsus 61 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Nazirliyin məlumatına görə, hücumlar 16 oktyabr saat 23:00-dan 17 oktyabr saat 07:00-a qədər davam edib. Rusiya ərazisinə yönəlmiş PUA-ların müxtəlif bölgələrdə vurularaq zərərsizləşdirildiyi qeyd olunub.

“Ümumilikdə 61 PUA məhv edilib: onların 32-si Krım Respublikası üzərində, 13-ü Rostov vilayətində, 6-sı Qara dəniz sahillərində, 5-i Bryansk və Belqorod vilayətləri (BHK) üzərində, Tula və Moskva vilayətlərinin hər birində 2, Kursk vilayətində isə 1 pilotsuz aparat vurulub,” – Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Hadisə ilə bağlı Ukrayna tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Son aylar Rusiya ərazisinə edilən PUA hücumlarının intensivləşdiyi müşahidə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki