image-1backend

Rusiyada daha bir yüksəkrütbəli hərbçi HƏBS EDİLDİ

image-reklam_sirab_01

Rusiya Federasiyasında ölkənin Müdafiə Nazirliyinin dövlət sifarişinin təminatı idarəsinin rəisi Vladimir Verteletski həbs edilib.

Vətəninfo.az xəbər verir ki , bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Sifarişlərinin Təminatı İdarəsinin rəisi Vladimir Verteletskiyə qarşı dövlət müdafiə sifarişlərinin icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb”, – Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. .

Sonuncu əlavə edib ki, Vladimir Verteletskiyə qarşı həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki