Vətəninfo.az xəbər verir ki, Rusiyada partlayıcı zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb.
Hadisə Samara vilayətindəki Promsyntes fabrikində baş verib. TASS yazır ki, bu gün səhər saatlarında partlayış olub. 6 nəfər hadisə yerində ölüb, daha iki nəfər yaralanıb.
Qeyd olunur ki, partlayış texniki boru kəmərinin sökülməsi zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.


























