image-rubackend

Rusiyada kütləvi zəhərlənmə

image-reklam_sirab_01

Rusiya Federasiyasının Ulyanovsk vilayətində sidrdən (meyvədən hazırlanmış aşağı alkoqollu şərab) zəhərlənmə qurbanlarının sayı artıb. Hazırda 16 nəfərin öldüyü, daha 35 nəfərin zəhərlənmə səbəbindən xəstəxanada olduğu məlum olub. Vətəninfo.az xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

Qurbanların hamısı 29-53 yaş arasında idi. Əvvəlcə zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişlər, sonra xəstəxanada keçiniblər. Ehtimala görə, səbəb içkinin tərkibində etanol əvəzinə olan metanol ola bilər. Həkimlər indi alma spirti də içən 16 yaşlı qızın həyatı üçün mübarizə aparır.

Polis mağazalardan yüzə yaxın 30 litrlik “Mister Cider” müsadirə edib.

Faktla bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmə, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki