image-reklam-veteninfo
image-1backend

Rusiyada  MDB ölkələrindən olan yük maşını sürücüləri üçün yeni qaydalar qüvvəyə minib

image-reklam-veteninfo

Rusiyada  MDB ölkələrindən olan yük avtomobili sürücülərinin ölkə ərazisində qalma müddətinin uzadılmasını nəzərdə tutan qərar qüvvəyə minib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Yeni qaydalara əsasən,  MDB ölkələrindən olan yük maşını sürücüləri Rusiya ərazisində 180 günədək qala biləcəklər.

Bunun üçün sürücülər Rusiyaya giriş və 180 günlük qalma icazəsi almaq məqsədilə müvafiq ərizə təqdim etməlidirlər.

Elektron müraciətdə Rusiyaya səfərin və ölkədə qalmanın səbəbi göstərilməli, həmçinin pasportun və peşə fəaliyyətini təsdiq edən sənədlərin surətləri əlavə olunmalıdır.

Qeyd edək ki,  MDB ölkələrindən olan yük avtomobili sürücülərinin Rusiyada müvəqqəti qalma müddətinin 180 günə qədər uzadılması barədə qərarı Rusiyanın Baş naziri Mixail Mishustin aprelin 27-də imzalayıb. Sənəd iyunun 30-da qüvvəyə minib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki