image-reklam-veteninfo
image-indirbackend

Rusiyada  Mi-8 helikopteri qəzaya uğradı – 6 nəfər həlak oldu

image-reklam-veteninfo

Rusiyanın Altay Respublikasında sərnişin daşıyan Mi-8 helikopteri qəzaya uğrayıb, 6 nəfər həlak olub. Helikopter elektrik xətlərinə dəyib. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-a tibb xidməti məlumat verib.

“Altay Avia” aviaşirkətinə məxsus Mi-8 helikopteri Ust-Koksi rayonunun Tunqur qəsəbəsində eniş zonasına daxil olarkən elektrik xətlərinə dəyib, yıxılıb və yanıb”, – agentliyin həmsöhbəti bildirib.

Üç nəfərin vəziyyətinin ağır olduğu qeyd edilib. “Helikopterdə 13 sərnişin, üç pilot olub. Səkkiz nəfər yaralanıb, onlardan üçü ağır, [cəsədin] 90 faizi yanıb”, – deyə agentliyin həmsöhbəti qeyd edib ki, altı nəfərin öldüyü barədə məlumat dəqiqləşdirilir. İlkin olaraq yeddi qurbanın olduğu bildirilirdi.

O qeyd edib ki, hadisə yerində istintaq orqanları işləyir.

Fövqəladə Hallar Nazirliyi helikopterin məhv olmasını təsdiqləyib və yanğınsöndürənlərin hadisə yerində işlədiyi barədə məlumat verib. Departament altı nəfərin öldüyünü, yeddi nəfərin yaralandığını təsdiqləyib.

Aviasiya xidmətlərinin məlumatına görə, helikopterdə turistlər olub. “Rosaviatsia”da qeyd edildiyi kimi, reysdə ekskursiya qrupu olub.

Hava hərəkəti təşkilatının regional mərkəzinin məlumatına görə, fövqəladə hadisə Qornoaltayskdan 200 kilometr cənubda baş verib. “Helikopterdə 3 ekipaj üzvü və 12 sərnişin olub, onların vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – “Rosaviatsia” bildirib.

Həkimlərin sözlərinə görə, üç ekipaj üzvü xəsarət almayıb. Ust-Koksi rayon administrasiyasından verilən məlumata görə, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Biz bilirik ki, üç pilot olub, qurbanlar var, 10 yaralı var”, – agentliyin həmsöhbəti bildirib.

Qəza yerində təcili yardım xidmətləri də işləyir. Onlar da öz növbəsində helikopterin tamamilə yandığını bildiriblər. Yerdə, ilkin məlumatlara görə, dağıntı və zərərçəkən yoxdur. Hadisə yerində yanğın 150 kvadratmetr sahədə lokallaşdırılıb. Daha sonra Fövqəladə Hallar Nazirliyi yanğının söndürüldüyünü bildirib.

Xüsusi xidmət orqanlarının məlumatına görə, yaralılar vertolyotla Barnaula aparılacaq. “Rosaviasiya” regional xilasetmə mərkəzinin Mi-8 helikopteri yardım göstərmək üçün Qornoaltayskdan uçub. Təbii fəlakət zamanı işləyən “Altay Avia” aviaşirkətinin Mi-8 helikopteri iki zərərçəkmişi təxliyə edərək Ust-Koks tibb müəssisəsinə çatdırıb”, – deyə idarədən bildirilib.

Tunqur kəndi turizm mərkəzidir. Altay Respublikasının Ust-Koksi bölgəsində, Katun sahilində, Qornoaltayskdan təxminən 380 kilometr və Beluxa dağından 43 kilometr məsafədə yerləşir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki